Yenilənə-bilən Enerji

Korporativ Kreditlər

Azərbaycan külək, günəş, su və geotermik sərvətlər sahəsində istifadə edilməmiş yenilənə-bilən enerji potensialına malikdir. Energocredit kiçik-miqyaslı yenilənə-bilən enerjilər kimi yeni sahələrə kredit verən kommersiya banklarını dəstəkləyir. 

Yenilənə-bilən enerji sahəsinə tipik investisiyalara daxildir:

  • İstilik və/yaxud kompleks istilik və elektrik enerjisi yaradan biokütlə yandırma
  • Bioqaz yaradılması: yalnız istilik və həm istilik həm də elektrik stansiyaları
  • İsti su və ya buxar yaradılması üçün günəş termik kollektorları
  • Geotermik istilik nasosları
  • Su-elektrik stansiyaları (10 MW-dan aşağı)   

Münasib hesab edilmiş bütün layihələr ən azı 10% daxili gəlirlilik (rentabellik) səviyyəsinə (DGS) nail olmalıdırlar. Zəhmət olmasa nəzərdə saxlayın ki, Yenilənə-bilən Enerji layihələri sözügedən Proqram çərçivəsində verilən Həvəsləndirmə Ödənişinə münasib sayılmır.

Tərəfdaş Banklarımız aşağıdakıları maliyyələşdirir:

  • Avtonom yenilənə-bilən enerjiyə investisiyalar;
  • Yenilənə-bilən enerji texnologiyaları, avadanlıq və/yaxud materialların münasib istehsalçıları, təchizatçıları və quraşdırıcıları üçün kreditlər dövriyyə kapitalının maliyyələşdirilməsi.

Əgər layihəniz qeyd edilmiş meyarlara uyğundursa, zəhmət olmasa Tərəfdaş Banklarımızdan biri ilə əlaqə saxlayın. Həmçinin, artıq maliyyələşdirilmiş yenilənə-bilən enerji layihələrinə dair konkret nümunələrin təhlilinə baxın.  

Əgər öz layihənizi tərtib etmişsinizsə, zəhmət olmasa qrupumuzla əlaqə saxlayın, biz sizə kömək etməyə şad olarıq.