Yaşayış-Məişət Kreditləri

Energocredit Azərbaycan – evdə rahatlıq və müasir texnologiyalar

Energocredit mənzil və ev sahiblərinə kreditlər təklif edir. Kredit vasitəsilə siz enerjiyə qənaət edən soyuducular, paltaryuyan maşınlar, pəncərələr alıb quraşdıra, dam və divarları izolyasiya edə, kondisioner sistemləri və s. quraşdıra bilərsiniz. Sizin rahatlığınız üçün biz yüksək-keyfiyyətli material və avadanlıqlar seçicisi hazırlamışıq. Bu sizə axtardığınız avadanlığı seçməyə kömək edə bilər.

Siz material və avadanlıqları bizim seçicidən seçə bilər və ya sizə daha uyğun olan başqalarını ala bilərsiniz. Əgər siz bizim siyahıda hal-hazırda olmayan material və avadanlıqları istifadə etmək istəyirsinizsə, onun tələb olunan enerjiyə-qənaət meyarına uyğun olub-olmadığını yoxlamaq üçün zəhmət olmasa bizim ekspertlərə müraciət edin.

Fərdi şəxslər üçün hər bir Energocredit kreditinə Həvəsləndirmə Ödənişi tətbiq edilir. Kredit götürüb enerjiyə qənaət edən avadanlıq quraşdırdıqdan sonra siz Energocredit kreditinin dəyərinin 10%-i həcmində həvəsləndirmə ödənişi üçün müraciət edə bilərsiniz. Həvəsləndirmə Ödənişinin istifadəsi seçilmiş avadanlıq üzrə qeyri-müntəzəm keçirilən yerində yoxlamalar vasitəsilə ekspertlər qrupu tərəfindən təsdiqlənəcək.

10% Geri Ödəniş alın

Yüksək enerji səmərəliliyi standartlarını tətbiq etmiş və Energocredit kreditini alan özəl şirkətlər və fiziki şəxslər mükafatlandırılacaqdır.

Buradan Qeydiyyat ProsesiGeri Ödəniş haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.

Kredit məhsulunuzu seçin

Satış Nöqtəsi (SN) kreditləri: Bu təchizatçının yerində və ya dükanında seçilmiş avadanlıq üçün əldə etdiyiniz kreditdir. Hətta kredit razılaşması dükanda imzalansa belə bu razılaşma sizinlə Bank arasında bağlanır.

Yaşayış-məişət sahəsində enerjiyə qənaət kreditləri: Bu kreditlər birbaşa olaraq bankların filiallarında verilir.

Əgər maliyyələşdirmək istədiyiniz başqa avadanlıqlar varsa, zəhmət olmasa Energocredit ekspertlərimizlə məsləhətləşin.