Unibank Energocredit Layihəsində yeni əməkdaş bankdır.

05/01/2015

Unibank Azərbaycanda “Enegocredit”  proqramına qoşulur.  Yeni əməkdaş bank  fərdi  və korporativ müştərilərin  enerji effektivli layihələrini  AYİB-in kredit xətti vasitəsilə 1.4 milyon həcmində  ABŞ dolları ilə maliyyələşdirəcək.

“Energocredit” Unibank müştərilərinə üçqat mənfəət təklif edir: 

  • Enerji effektivli məişət avadanlıqlarının alınması və yaşayış sahələrinin təmiri  üçün nəzərdə tutulan  investisiyalardan 10 və ya 15% geri nağd ödəniş
  • Enerjiyə qənaət tədbirləri üçün beynəlxalq mütəxəssislər tərəfindən təmənnasız(ödənişsiz), xüsusi hazırlanmış məsləhətlər    
  • Ən əlverişli şərtlərlə  enerji effektivli investisiyalarınız üçün kredit paketi

Unibank daxil olmaqla  dörd maliyyə qurumu AYİB-in Qafqazda Enerji Effektivlik Proqramına əsasən Azərbaycanda enerji effektivli  layihələri maliyyələşdirilir. 

AYİB-in Unibanka ayırdığı kredit xətti Avropa Birliyi Qonşuluq İnvestisiya Mexanizmi , AYİB Səhmdarlarının Xüsusi fondu  və Avstriya Respublikası Maliyyə Nazirliyi tərəfindən dəstəklənir.

Unibank Azərbaycanda iri kommersiya banklarından biridir.  2002-cı il 15 Oktyabr tarixində iki kommersiya bankının - MBANK (1992) və  PROMTEXBANK (1994)  birləşməsi nəticəsində yaranmışdır. Daha ətraflı məlumat üçün : www.unibank.az.