Pulsuz Texniki Yardım

Korporativ Kreditlər

Özəl şirkətlər üçün

Tərəfdaş Banklarımızın müştəriləri üçün Energocredit pulsuz texniki yardım təmin edir. Özəl şirkət olaraq siz investisiyanız üçün hansı texnologiyaların münasib olduğu barədə məsləhət ala bilərsiniz. Həmçinin təcrübəli ekspertlərimizdən seçdiyiniz texnologiyanın maliyyələşdirilməyə münasib olub-olmadığını yoxlamağı xahiş edə bilərsiniz (münasibliyin yoxlanması). Əlavə olaraq, sizin ehtiyaclarınıza uyğunlaşdırılmış texniki məsləhət və enerji auditi təklif edirik. Audit üçün müraciət etmək istəyirsinizsə bu linkə keçin.  

Tərəfdaş Banklar üçün

Energocredit pulsuz texniki yardım və konsaltinq təklifi deməkdir. Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbayandakı Tərəfdaş Banklarımız ilə işləmək üçün beynəlxalq və yerli ekspertlər, mühəndislər, marketinq mütəxəssisləri seçilmişdir. İşçilərin təlimi, satış və əməliyyatlara köməklik vasitəsilə, Energocredit yerli Tərəfdaş Banklarımıza layihələrin inkişaf xəttini hazırlamağa və həyata keçirməyə kömək edir. 

Münasib İnvestisiyalar adlı websayt bölməsi Tərəfdaş Banklarımıza həsr olunub və lazım gələrsə onları materiallarla təmin edəcək.

Texniki yardım təklifi barədə əlavə məlumat üçün zəhmət olmasa bizim qrup ilə əlaqə saxlayın.