Özəl şirkətlər üçün

Özəl şirkət olaraq:

1. Ərizə formasını dolduraraq öz layihə ideyanızı müəyyənləşdirin. 10%-15% Həvəsləndirmə Ödənişi almaq üçün meyara cavab verib-vermədiyinizi yoxlayın.  

2a. Əgər siz artıq Tərəfdaş Banklardan birinin müştərisisinizsə, həmin Bank layihə üçün pul borc verə bilib-bilməyəcəyini tez bir zamanda bildirəcək.

2b. Əgər müştəri deyilsinizsə bir bank seçin. Bank sizin kredit üçün münasiblik meyarına cavab verib-vermədiyinizi yoxlayacaq.

3. Tərəfdaş Bank sizin ərizənizi baxılması üçün Energocredit Azərbaycana göndərəcək. 

4. Energocredit ekspertləri layihənizi maksimum 5 iş günü ərzində qiymətləndirəcək və layihənin Energocredit maliyyələşdirilməsinə münasib olub-olmadığını müəyyənləşdirəcək. Bu halda Energocredit sizə Münasiblik Yoxlaması təmin edəcək.

5. Əgər Bank layihə üçün pul borc verməyə razılaşarsa, siz Enerji Auditi keçirilməsini xahiş edə bilərsiniz və bu zaman Energocredit ekspertləri əlavə tədbirlər tövsiyə edir və 15% Həvəsləndirmə Ödənişinə münasibliyinizi müəyyən edir. Bu halda Energocredit sizə Enerji Auditi təmin edəcək.   

6. Enerji auditi təxminən dörd həftə çəkəcək və nail oluna bilən enerjiyə qənaət tədbirləri barədə ətraflı hesabat verəcək. Əgər bu tədbirlər həyata keçirilsə siz 15% Həvəsləndirmə Ödənişinə münasib sayılacaqsınız.   

7. Bank kredit barədə son qərarını verir və kredit müqaviləsi imzalanır. Tədbirləri həyata keçirdikdən sonra siz Həvəsləndirmə Ödənişi əldə edirsiniz.  

Geriyə