Korporativ Kreditlər

Yenilənə-bilən Enerji

Energocredit Azərbaycan  - biz sizin uğur hekayəniz olmaq istəyirik

Yenilik, enerjiyə qənaət edən texnologiyalar və yenilənə-bilən enerji sahələrinə investisiyalar dəyişiklik üçün vacib şərtlərdir və Azərbaycan şirkətlərini uğura aparan yoldur. Energocredit enerjiyə qənaət və yenilənə-bilən enerji investisiyaları istiqamətində texnoloji təkmilləşdirmələr üçün

  • böyük sənaye şirkətlərinə
  • kiçik və orta ölçülü müəssisələrə (KOM) kreditlər təklif edir.  

Energocredit kreditlər aşağıdakı dörd kateqoriyanın hər hansısı üçün istifadə oluna bilər:

  1. İstehsal prosesinizdə enerji istehlakını azaldan əsas aktivlərə investisiyalar (sənaye və kommersiya tipli enerjiyə qənaət)
  2. Kommersiya, sənaye və yaşayış binalarında enerji effektivliyinin təkmilləşdirilməsinə investisiyalar;
  3. Avtonom yenilənə-bilən enerjiyə investisiyalar;
  4. Enerjiyə qənaət və/yaxud yenilənə-bilən enerji texnologiyaları, avadanlıq və/yaxud materialların münasib istehsalçıları, təchizatçıları və quraşdırıcılarının dövriyyə kapitalının maliyyələşdirilməsi.  

Kredit üçün minimal hədd yoxdur, ona görə hər hansı miqyas və investisiya ideyası qəbul olunur. Daha mürəkkəb layihə planlaşdırırsınızsa ən yaxşı avadanlıqları seçməkdə sizə kömək etmək üçün biz məmnuniyyətlə sizin müəssisədə pulsuz Enerji Auditi keçirə bilərik.

Yeni avadanlıq alarkən bəzi şirkətlər enerjiyə qənaət modellərinin çox zaman əvvəlcədən baha başa gəlməsi faktına görə geri çəkilirlər. Praktiki olaraq onların istifadəsi “daha ucuz” modellərə nisbətən ucuz başa gəlir. Enerjiyə qənaət sahəsinə sərmayə qoyan ağıllı şirkətlər istismar xərclərinə az vəsait ödəyir və beləliklə avadanlıqlarının istismar müddəti boyunca az xərc çəkirlər. Əslində enerjiyə qənaət o qədər böyük ola bilər ki, onlar kreditin tam xərcini beş ildən az müddətə qaytara bilərlər – həmçinin:

  • istehsal standartlarını və etibarlılığı artıra
  • enerji xərclərini azalda
  • məhsuldarlığı artıra
  • məhsulun keyfiyyətini və çeşidini artıra
  • ətraf mühiti qoruya və “istixana” qazları tullantılarını azalda  bilərlər. 

Azərbaycanda özəl şirkətlər üçün yeni imkanlar var

Energocredit Azərbaycan xəyallarında hansı investisiyaların olduğunu bilən korporativ müştərilər üçün 2.5 milyon ABŞ dolları məbləğinə qədər xüsusi kreditlər təklif edir. İnvestisiyanızı yaxşı dəyərləndirməyə sizə kömək etmək üçün Energocredit Azərbaycan təklif edir:

  • Cəlbedici maliyyələşdirmə həlləri
  • Pulsuz texniki yardım, o cümlədən Enerji Auditi    
  • İnvestisiyaya həvəsləndirmə ödənişi – kredit məbləğinin 15%-nə qədər.

Ətraflı məlumat üçün İnvestisiyaya Həvəsləndirmə Ödənişi bölməmizə baxın.

Maraqlanırsınız? Zəhmət olmasa münasibliyinizi yoxlayın və nümunələrin təhlilinə baxın. Kredit üçün bura müraciət edin.

Və ya hər hansı sual yaxud şübhələriniz varsa, bizim Energocredit Azərbaycan qrupumuzla +994 12 597 30 57 telefon nömrəsində əlaqə saxlayın. Biz sizə kömək etməyə şad olarıq.