İdarəetmə avadanlıqları

Enerji effektivli və bərpa olunan enerji investisiyaları olduqca faydalı, 25%-ə qədər geri qayıda bilən, enerji sərfiyyatını azaldan, xərcləri kəsən və müəssisənin rəqabət qabiliyyətini təkmilləşdirən və gəlirlilik artıran xüsusiyyətlərə malikdir. Onlarda ümumiyyətlə texniki risk aşağı olur, məhsulun keyfiyyətini yaxşılaşdırır və həyata keçirmədə surətlidir. Geniş səmərə üçün, onlar istixanalarda qaz emissiyasını azalda və iqtisadi fəaliyyəti stimullaşdıra bilərlər. Müəssisələrin enerji səmərəli texnalogiyaları həyata keçirmək üçün çox şansı var. Ən yeni texnalogiyalardın üstünlüklərindən yararlanaraq, siz əməliyyat xərcləriviz əhəmiyyətli dərəcədə azala bilərsiz. Burada enerji effektivli materialların tətbiq sahələri barədə ilkin fikirlər əldə edə bilərsiniz:

  • Qazanlar: Yeni sıxlaşdırma qazanxanaları baca qazlarındakı buxardan istilik əldə edərək,

qazanxana səmərəliliyini 90%-dən yuxarı yüksəldirlər. (köhnə qazanlarla müqaisədə 65-75% qənaətli).

  • Sıxılmış hava sistemləri: sənayedə və istehsal sahələrində geniş istifadə olunur. Onlar

müxtəlif avadanlıqları, o cümlədən dəzgahları, yükləyici-boşaldıcı və ayırıcı avadanlıqları,

rəngkarlıq üçün çiləyici avadanlıqları gücləndirirlər.Burada ən səmərəli compressor növləri təklif olunur.

  • Dəyişən sürətli mühərriklər: İl ərzində çalışma saatlarının

çox olması ilə seçilən elektrik mühərriklərinin enerji səmərəli mühərriklərlə dəyişdirilməsi

əhəmiyyətli enerji qənaəti ilə nəticələnə bilər. Yüksək səmərəli mühərriklərin istifadəsi

adətən dəyişən sürət disklərinin (VSD) istifadəsi ilə əl-ələ gedir ki, bu da elektrik enerjisinə

qənaət deməkdir.

  • Ekstruderlər: Ekstruderlər, adətən, rezin və plastik məhsullar istehsalında, eləcə də ərzaq

emalı sənayesində istifadə olunur. Yeni maşınlar yüksək göstəricilərə  malikdirlər və

əhəmiyyətli dərəcədə enerjiyə qənaət edir. Bundan başqa, istehsalat dövriyyəsi artırılaraq və

həmçinin hissələrin tamamlanması daha yaxşı başa vurularaq məhsul keyfiyyəti artırıla bilər.

  • Su səmərəliliyi: Suvarma sistemləri bitkilərin yüksək məhsuldarlığına kömək etsədə, bu coxlu enerji və su tələb etdiyi üçün, daha çox xərc tələb. İki alternativ suvarma sistemi mövcuddur,damla suvarma və çiləyici suvarma. Burada sizə təklif olunan enerjiyə və suya qənaət edəcəyiniz məhsulları yoxlayın.

Ən yüksək enerji effektivli avadanlıqların aşağıdakı sub-kateqoriyalardan yoxlayın və pulunuza qənaət etməyə başlayın. Əgər sizin hər hansı sualınız varsa və ya məlumat almaq istəyirsizsə Energocredit nümayəndələri ilə əlaqə saxlaya bilərsiniz.