Haqqımızda

Energocredit layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda davamlı enerji layihələrinin inkişafının dəstəklənməsidir. “Energocredit” layihəsi vasitəsilə AYİB enerji səmərəli və bərpa olunan enerji layihələrinin Qafqaz regionunda həyata keçirən yerli maliyyə institutlarına, yerli biznes və fiziki şəxslər üçün 125 milyon ABŞ dolları həcmində kredit ayırmışdır. Adı çəkilən proqram enerji səmərəliliyi haqqın­da məlumatları artırmaq və yerli maliyyə institutları ilə enerji kredit təcrübəsini paylaşmaq məqsədini daşıyır.

Uğurlu layihələr iki əsas üstünlükdən faydalanacaqlar: Avropa İttifaqının Qonşuluq İnvestisiya Proqramı və AYİB-in Xüsusi Səhmdar Fondları ətraf mühitə zərərli olmayan layihələrə yönələn investisiyaların kredit məbləğinin 10 və ya 15%-ni geri ödəməklə dəstəkləyir. Bundan əlavə, Avstriya Maliyyə Nazirliyinin dəstəyi ilə beynəlxalq və yerli ekspertlər tərəfindən yüksək səviyyəli texniki konsaltinq xidmətləri təmin edilir.