Energocredit layihəsinin Bakıda Açılış Mərasimi – Tədbir haqqında qısa məlumat

03/12/2014

Baku. AYİB-in Dayanıqlı Enerji Maliyyələşmə Mexanizmi  çərçivəsində “Energocredit” layihəsi 25 Noyabr 2014-cü il Azərbaycanda “Four Seasons” otelində Açılış Mərasimini qeyd etdi. Energocreditin açılış mərasimində 70-dən çox yüksək səviyyəli maraqlı tərəflərin nümayəndələri, maliyyə qurumları və Azərbaycanın aparıcı şirkətləri, eyni zamanda 20-dən çox mətbuat nümayəndəsi iştirak edirdi.

    Əsas çıxışçılar Enerji  effektivliyi və Energocredit proqramı haqqında fikirlərini bölüşdülər: AYİB-in Azərbaycan ofisinin rəhbəri Neil McKain qonaqları salamladı. Avropa Birliyinin Azərbaycandakı  səfiri  Anna Malena Mard və Avstriya Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Leander Treppel mövzü haqqında fikirlərini bölüşdülər. AYİB-in Baş Meneceri İan Smith AYİB-in Dayanıqlı Enerji Maliyyələşmə Mexanizmi Modelini təqdim etdi. Energocreditin Beynəlxalq layihə rəhbəri  Andreas Karner, Azərbaycan üzrə yerli layihə rəhbəri Nazim Məmmədovla birgə qonaqlara Energocredit proqramı haqqında ətraflı məlumat təqdim etdilər. Yerli Bank nümayəndələrindən Dəmirbankın Satış Departamentinin nümayəndəsi Anar Məmmədov, Muğanbankın Fərdi bankçılıq və Beynəlxalq Maliyyə Qurumları ilə İş üzrə Departamentinin  rəhbəri Elnur Abbasov, eyni zamanda Unibankın Beynəlxalq Biznes Departamentinin rəhbəri  Zöhrab Qədirov Energocreditin öz bankları və müştərilər üçün üstünlüklərini qeyd etdilər. Sual – cavab bölməsində qonaqlar və mətbuat nümayəndələri Energocredit haqqında əlavə suallar ünvanladılar. Daha sonra,  uğurlu Açılış Mərasimi Four Seasonsda nahar zamanı qarşılıqlı tanışlıq danışıqları ilə davam etdirildi.

Aşağıda tədbirdən olan şəkillərlə tanış ola bilərsiniz.