Energocredit Azərbaycan – Tez-tez Soruşulan Suallar

Ərizə formasını haradan əldə edə bilərəm, ərizə vermək üçün son tarix var?

Siz asanlıqla ərizəni burdan yükləyə bilərsiniz. Son tarix yoxdur amma məsləhət görürük mümkün qədər tez müraciət edəsiniz.

Ərizəmi necə və hara təqdim edim?

Siz ərizənizi və digər sənədləri e-poçt vasitəsilə, və ya ofisimizə gələrək şəxsən təqdim edə bilərsiniz. 

Ərizəmin qiymətləndirilməsi nə qədər vaxt çəkər?

Adətən ərizənizin dəyərləndirilməsi və növbəti addımlara qərar verilməsi müddəti 5 iş gününə qədərdir.

Həvəsləndirmə Sxemi üçün nə vaxta qədər müraciət edə bilərəm?

Həvəsləndirmə Sxemi 2016-cı il aprel ayına qədər qüvvədədir və bu tarixdən sonra son çatır. Ətraflı məlumat üçün bu vebsaytdakı Həvəsləndirmə Ödənişi bölməsinə baxın. 

Hər hansı minimum iştirak haqqı ödəmək tələb olunur?

Xeyr.

Energocredit Azərbaycan xətti ilə hansı növ layihələr maliyyələşdirilə bilər?

İki növ layihə maliyyələşdirilməyə münasib sayılır: enerjiyə qənaət və yenilənə-bilən enerji layihələri. Enerjiyə qənaət dedikdə səmərəli enerji istehsalı və ya enerji mənbələrindən səmərəli istifadə nəzərdə tutulur. Münasib yenilənə-bilən enerji layihələrinə külək turbinləri, su-elektrik stansiyaları, günəş-termal su sistemləri və s. daxildir (amma təkcə bunlarla məhdudlaşmır). Daha ətraflı məlumat üçün Münasiblik bölməsinə baxın.

Energocredit Azərbaycan xətti ilə maksimal kredit məbləği nə qədərdir?

Energocredit Azərbaycanın korporativ kredit xəttində məbləğ 2.5 milyon ABŞ dollarına qədər ola bilər. KOM və yaşayış-məişət sahəsindəki müştərilər üçün məbləğlər daha azdır. Lakin, fikrinizdə daha böyük layihəniz varsa yenə də ərizə göndərə bilərsiniz. Layihəniz qurum üçün münasib sayılarsa, Energocredit Azərbaycan layihəni həyata keçirmək üçün addımlar barədə məsləhət və istiqamət verə bilər.

Energocredit Azərbaycan Proqramı üzrə hal-hazırkı kredit şərtləri nədir?

Hər Tərəfdaş Bankın fərqli kredit şərtləri var ki, bunlar əsasən bazardakı faiz dərəcələri, layihənin ölçüsü, şirkətin borc potensialı, müraciət edənin maaşı, girovlar, və digər amillərdən asılıdır. Öz fərdi halınızı təhlil etmək üçün zəhmət olmasa bizimlə əlaqə saxlayın.

Enerjiyə qənaət layihələri nə qədər gəlirlidir?

Layihədən asılı olaraq, investisiyalar bir ildən az müddətə xərcini çıxarmaq olar, amma tipik xərcin çıxarılması vaxtı 3-5 ildir.

Energocredit Azərbaycan şirkətin həssas məlumatları ilə necə rəftar edir?

Şirkətin maliyyə məlumatlarına gəldikdə, yalnız banklar bu məlumatları əldə edə biləcək və normal bank məxfiliyi tətbiq olunur. Layihə üzrə texniki məsləhətçilərimiz öz növbəsində layihənin texniki aspektlərini əldə edəcəklər və müvafiq məlumatlar layihənin məxfilik qaydalarına uyğun qorunacaq.

Bələdiyyələr də enerjiyə qənaət və ya yenilənə-bilən enerji layihələri üçü maliyyə ala bilərlər?

Xeyr, Energocredit Azərbaycan məxsusi olaraq özəl şirkətləri (ən azı 51% şəxsi mülkiyyət) və fərdi borcalanları nəzərdə tutur. 

Bizim şirkət ola bilsin enerjiyə daha çox qənaət edə bilər amma bizim bu sahədə biliyimiz azdır. Bizə necə kömək edə bilərsiniz?

İlk addım olaraq, məsləhət görürük təkmilləşdirilməsi mümkün olan sahələrin siyahısını özünüz hazırlayasınız. Sonra ekspertlərimiz bu siyahını məmnuniyyətlə sizinlə müzakirə edib gələcək addımlar barədə qərar verməkdə sizə kömək edər və lazımi köməkliyi göstərələr. Məsələn, Energocredit Azərbaycanın ekspertləri potensialın ətraflı qiymətləndirilməsi aparmaq üçün şirkətinizə səfər edə bilərlər (pulsuz).

Energocredit Azərbaycanın Enerji Auditi nədən ibarətdir?

Energocredit Azərbaycanın Enerji Auditi enerjiyə qənaəti artırmaq və onun xərclərini azaltmaq üçün bir şirkətin həyata keçirə biləcəyi ən yaxşı və ən gəlirli investisiyaları tapmaq məqsədi daşıyır. Burada enerjiyə qənaət imkanları ətraflı tədqiq olunur və onların texniki və maliyyə cəhətdən həyata-keçirilə-bilməsi hesablanır. Enerji Auditi sonra Energocredit Azərbaycan xətti ilə kreditin təsdiqlənməsi üçün bir əsas kimi istifadə olunur.

Proqramdan çıxarılmış hər hansı növ layihə var?

Ümumi məlumat üçün zəhmət olmasa AYİB-nın Ekoloji Qadağalar və İstinad Siyahısına baxın.

Əgər mənim potensial layihəm varsa, Energocredit Azərbaycanın ekspertləri məni necə dəstəkləyə bilər?

Ekspertlər artıq münasib sayılmış, planlaşdırılmış layihə üçün Enerji Auditi keçirə bilər və onun Həyata-keçirilə-bilmə Təhlilinin hazırlanmasına kömək edə bilərlər. Texniki yardım borcalanlar üçün pulsuz təmin edilir! Pulsuz texniki yardım barədə daha ətraflı burdan öyrənin.